reklam
“Səbail”in legioneri Liberiya millisində debüt etdi
Sportfm.az xəbər saytı

“Səbail”in legioneri Liberiya millisində debüt etdi


“Səbail”in müdafiəçisi Camal Araqo futbol üzrə Liberiya millisində debüt edib.

Sportfm.az xəbər verir ki, onun komandası DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində doğma meydanda Nigeriya ilə qarşılaşıb.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Camal 90 dəqiqə mübarizə aparıb.

Liberiya yığması yer aldığı qrupda 5 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, bu yaydan karyerasını ölkəmizdə davam etdirən 28 yaşlı Araqo vətəndaşlığını daşıdığı Qananın U-17 və U-20 yığmalarında çıxış edib. Lakin baba-nənə xətti ilə liberiyalı olan oyunçu məhz bu ölkənin milli komandasında çıxış etməyə qərar verib.

Oxşar xəbərlər

Legionerlərimiz Millətlər kubokunda qarşılaşdı - VİDEO
"Patrik ən yaxşı futbolçulardandı" - MÜSAHİBƏ
"Səbail"in futbolçusu millisini dəyişdi - Qananı Liberiyaya
Şeydayev üçün 90 dəqiqə
Liberiya prezidenti Nigeriya yığmasına qarşı oynadı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər