reklam
Liberiya prezidenti Nigeriya yığmasına qarşı oynadı -
Sportfm.az xəbər saytı

Liberiya prezidenti Nigeriya yığmasına qarşı oynadı -VİDEO


"Qızıl top"un keçmiş sahibi və Liberiyanın hazırkı prezidenti Corc Vea yoldaşlıq görüşündə iştirak edib.

Sportfm.az xəbər verir ki, oyun Liberiya və Nigeriya yığmaları arasında keçirilib. Görüş Veanın karyerasının böyük hissəsini keçirdiyi millidə 14 nömrəli formanın əbədiləşdirilməsi məqsədi ilə təşkil olunub. Hazırda 51 yaşı olan sabiq futbolçu meydana start heyətdə çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Görüş Nigeriyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Corc Vea peşəkar karyeası ərzində Fransanın "Monako", PSJ və "Marsel", İngiltərənin "Çelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" klublarfında çıxış edib. O, 1995-ci ildə Afrika tarixində ilk dəfə "Qızıl top" qazanıb. 2017-ci ilin dekabrında Vea Liberiyanın 25-ci prezidenti seçilib. (report)

Oxşar xəbərlər

Vea qol vurdu, ABŞ və Uels bərabərə qaldı - DÇ-2022
PSJ-nin gənc ulduzu gələcəyi barədə açıqlama verdi
Prezidentin oğlu digər ölkənin yığmasında debüt etdi
Vea PSJ-nin heyətində debüt etdi - FOTO
"Milan"ın sabiq hücumçusu ölkə prezidenti seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər