reklam
Dünya çempionatı təxirə salındı -
Sportfm.az xəbər saytı

Dünya çempionatı təxirə salındı -Koronavirusa görə


Dekabrda Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı 2022-ci ilə təxirə salınıb.

Sportfm.az xəbər verir ki, bu qərar ölkədəki epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

AIBA prezidenti Umar Kremlyov bildirib ki, təşkilatçılar üçün yarış iştirakçılarının sağlamlığı birinci yerdə durur: "Biz bilirik ki, bəzi komandalar artıq dünya çempionatına hazırlığa başlayıblar və bu qərardan məyus olacaqlar. Bununla belə, idmançılarımızın, rəsmilərin və digər maraqlı tərəflərin təhlükəsizliyi və rifahı prioritet məsələdir. Ona görə də risk edə bilmərik".

Qeyd edək ki, yarış 6 - 19 dekabrda təşkil olunmalı idi.

Oxşar xəbərlər

Dünya çempionatında bir ilk - Boksçulara kəmər veriləcək
Dünya çempionatının vaxtı açıqlanacaq - Müzakirələr aparılır
Rusiyada keçiriləcək dünya kuboku təxirə salındı - Koronavirusa görə
Dünya çempionatı təxirə salındı - Koronavirusa görə
Badminton da "virusa yoluxdu" - dünya çempionatı təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər