reklam
Dünya çempionatında bir ilk -
Sportfm.az xəbər saytı

Dünya çempionatında bir ilk -Boksçulara kəmər veriləcək


Beynəlxalq Boks Federasiyası (AIBA) qarşıdakı dünya çempionatının qaliblərini gözəl görünüşlü medallarla yanaşı, kəmərlərlə də mükafatlandıracaq.

Sportfm.az xəbər verir ki, medallar müvafiq olaraq saf qızıl və gümüşdən hazırlanacaq.

Qurumun prezidenti Umar Kremlyov bildirib ki, bu addım idmançıların motivasiyasını artırmağa xidmət edir: "Belə bir nüfuzlu titul sayəsində çempionlar nəinki qürurla daşıyacaqları medal və kəmər, həm də yaxşı pul mükafatı alacaqlar".

Bundan başqa, AIBA gender bərabərliyi prinsiplərinə tam sadiq olduğunu və bütün boksçularla ədalətli davrandığını açıqlayıb. Qeyd olunub ki, Türkiyənin İstanbul şəhərində qadınlar arasında keçiriləcək dünya çempionatında boksçulara hər çəki dərəcəsində eyni məbləğdə pul mükafatları veriləcək.

Qeyd edək ki, dünya çempionatı bu il 24 oktyabr - 6 noyabrda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq. 

Oxşar xəbərlər

Dünya çempionatının yeri və vaxtı açıqlandı - Boks üzrə
Dünya çempionatında bir ilk - Pul mükafatı veriləcək
Dünya çempionatının yeri açıqlandı - Boks üzrə
BBA boksda medal sayının artırılmasını istədi - Paris 2024
Dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər