reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin hücumçusundan iki rekord birdən -UĞUR


“Zirə”nin futbolçusu Davit Volkov klub tarixinə düşüb.

Sportfm.az xəbər verir ki, gürcüstanlı hücumçu iki rekorda imza atıb. Volkov bunu Azərbaycan Premyer Liqasında X turun “Sabah”la səfər oyununda üç qol vurmaqla gerçəkləşdirib.

Het-trik sayəsində Volkov “Zirə”nin heyətindəki qollarının ümumi sayını 19-a çatdırıb. 45 matça çıxan 26 yaşlı forvard klub tarixinin ən məhsuldar futbolçusu adına yiyələnib. O, 16 qol vuran Nelson Bonilyanı arxada qoyub.

Volkov həm də “Zirə”nin Premyer Liqadakı ən yaxşı bombardiri olub. O, “Sabah”la qarşılaşmaya qədər şəriki olduğu Nelson Bonilyanı keçib. 40-cı çempionat oyununa çıxan hücumçu het-triklə qol sayını 17-yə çatdırıb. Bonilyanın aktivində 14 top var.

Oxşar xəbərlər

“Sabah”ın legioneri 100-ə çatdı
Volkov Azərbaycan çempionatında 100-cü oyununa çıxdı
“Sabah”da yubiley və rekordlar - Azərbaycan Premyer Liqası
Paraqvaylı hücumçu Vüsal İsgəndərliyə çatdı
Vüsal İsgəndərli Bonilyanı keçə biləcəkmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər