Paraqvaylı hücumçu Vüsal İsgəndərliyə çatdı
“Zirə”nin Premyer Liqadakı bombardirləri siyahısında dəyişiklik olub.
Sportfm.az xəbər verir ki, XXVII turun “Keşlə” ilə səfər oyununda (3:1) dubla imza atan Xulio Sezar Rodriqes “qartallar”ın heyətində çempionatdakı qol sayını 6-ya çatdırıb. Qış fasiləsində komandaya qoşulan paraqvaylı hücumçu klub tarixinin bombardirləri sırasında 4-cü yerə şərik çıxıb. O, eyni sayda qola imza atan Yovan Krneta, Vüsal İsgəndərli, Aleksandr Dedova çatıb. Rodriqes yalnız üç oyunçudan – Nelson Bonilya (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalır.
Xulio “Zirə”nin heyətində ilk dubluna imza atıb. O, komandanın tarixinə bir çempionat matçında iki qol vuran 10-cu futbolçu kimi tarixə düşüb. Rodiqesə qədər 9 oyunçumuz ümumilikdə 12 dubla imza atmışdı. İki qol vuran forvard komandanın dubl sayını 13-ə çatdırıb. Nelson Bonilya üç, Təmkin Xəlilzadə iki dəfə belə uğura imza atıbsa, digər yeddi oyunçu, o cümlədən paraqvaylı bir qarşılaşmada iki dəfə fərqlənib.
Oxşar xəbərlər
"Zirə"nin hücumçusundan iki rekord birdən - UĞUR
“Zirə”nin futbolçusundan yubiley qolu
Legioner futbolçu Azərbaycan komandasının rekordçusu olmağa yaxındır
Vüsal İsgəndərli Bonilyanı keçə biləcəkmi?
"Qartallar"ın 10-cu dublu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Elvin Cəfərquliyev fərdi məşqlərə başladı - FOTO















Misli Premyer Liqası