reklam
Vüsal İsgəndərli Bonilyanı keçə biləcəkmi?
Sportfm.az xəbər saytı

Vüsal İsgəndərli Bonilyanı keçə biləcəkmi?


"Zirə”nin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub.  

Sportfm.az xəbər verir ki, "qartallar”ın heyətindəki qol sayını 8-ə çatdıran Vüsal İsgəndərli klub tarixinin məhsuldar oyunçuları arasında 5-ci yerə sahib çıxıb.  

Topaz Premyer Liqasında XI turun "Neftçi” ilə səfər oyununadək (2:2) bu mövqeni Tural Adıgözəlov və Besik Çimakadze ilə bölüşən İsgəndərli şəriklərini arxada qoyub. "Zirə”nin "Bakcell Arena”dakı 2-ci qoluna imza atan 23 yaşlı yarımmüdafiəçi yalnız 4 futbolçudan - Nelson Bonilya (17), Riçard Qadze (12), Aslan Hüseynov (10) və Milan Duriçdən (9) geri qalır. 

Cari mövsümdə ilk dəfə fərqlənən futbolçu karyerasını "Zirə”də davam etdirənlər arasında 1-ci pillədədir. İsgəndərli qollarından 2-ni Azərbaycan kuboku, 6-nı Premyer Liqada vurub. O, "Zirə”nin çempionatdakı ən yaxşı bombardirləri siyahısında irəliləyib. Hazırda yalnız Nelson Bonilya (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalan İsgəndərli 4-5-ci yerləri Yovan Krneta ilə bölüşür. 

Qeyd edək ki, yarımmüdafiəçi indiyədək 57-si Premyer Liqada olmaqla, 64 dəfə "Zirə” forması ilə meydana çıxıb.

 

Oxşar xəbərlər

Legioner futbolçu Azərbaycan komandasının rekordçusu olmağa yaxındır
"Zirə"nin "Neftçi" üstünlüyü - STATİSTİKA
"Zirə"nin "Neftçi" ilə 17-ci dueli
Paraqvaylı hücumçu Vüsal İsgəndərliyə çatdı
"Zirə"nin "Neftçi" üstünlüyü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər