"Araz" Çempionlar Liqasına heç-heçə ilə yekun vurdu -6:6
"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.
Sportfm.az xəbər verir ki, B yolunda yer alan və qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gəlib. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan matç məhsuldar heç-heçə ilə başa çatıb - 6:6.
Naxçıvan təmsilçisinin heyətində qolları İsa Atayev (2), Felipinyo, Maneka, Ramiz Çovdarov, və David Qustavo vurublar. Kosovo klubundan isə Şkipeon Brahimi (2), Anton Uka, Arber Şkodra, Xorxe Stiven Abril Qarsiya və yulian Diaz fərqlənib.
Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu 2-ci pillədə başa vurub. Eyni xala malik "Ligeni" isə 3-cü olub.
Çempionlar Liqası, əsas mərhələ
B yolu, 6-cı qrup
III tur
16:00. "Ligeni" (Kosovo) - "Araz-Naxçıvan" (Azərbaycan) - 6:6
Qollar: Şkipeon Brahimi, 13; 34, Anton Uka, 19, Arber Şkodra, 26, Xorxe Stiven Abril Qarsiya, 36, Yulian Diaz, 40 - İsa Atayev, 7; 25, Felipinyo, 10, Maneka, 10, Ramiz Çovdarov, 12, David Qustavo, 23
Baş hakim: Denis Kutsıy (Ukrayna)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Xal durumu: "Uraqan" - 6 (2 oyuna), "Araz-Naxçıvan" - 4, "Ligeni" - 4, "Yunayted Qalati" - 0 (2)
Qeyd edək ki, bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş Ukrayna "Uraqan"ı Rumıniyanın "Yunayted Qalati" klubu ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" sonuncu oyununu keçirəcək - Çempionlar Liqası
“Araz” ilk qələbəsini qazandı - Çempionlar Liqası
Kapitan Çempionlar Liqası oyunlarını buraxacaq - Zədə səbəbindən
"Araz Naxçıvan" iştirak ərizəsini UEFA-ya göndərdi - Çempionlar Liqası
"Araz" Çempionlar Liqasının əsas mərhələsində - Uğur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası