"Araz-Naxçıvan" sonuncu oyununu keçirəcək -Çempionlar Liqası
"Araz-Naxçıvan" klubu bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gələcək.
İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılacaq matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qrupdakı ilk görüşündə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu ikinci oyunda Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib - 5:3. Növbəti mərhələ şanslarını itirən komanda hazırda "Ligeni" ilə birlikdə qrupda 3 xalla 2-3-cü yerləri bölüşdürür.
Çempionlar Liqası, əsas mərhələ
B yolu, 6-cı qrup
III tur
"Ligeni" (Kosovo) - "Araz-Naxçıvan" (Azərbaycan)
Baş hakim: Denis Kutsıy (Ukrayna)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir. Bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş "Uraqan" "Yunayted Qalati" ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Araz" Çempionlar Liqasına heç-heçə ilə yekun vurdu - 6:6
"Araz-Naxçıvan" Ukrayna klubuna qarşı - Çempionlar Liqası
Kapitan Çempionlar Liqası oyunlarını buraxacaq - Zədə səbəbindən
“Araz-Naxçıvan”ın oyunlarının təqvimi - Çempionlar Liqası
"Araz-Naxçıvan"ın rəqibləri bəlli oldu - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası