Kapitan Çempionlar Liqası oyunlarını buraxacaq -Zədə səbəbindən
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan" səfərə itki ilə yollanacaq.
Sportfm.az xəbər verir ki, kapitan Rizvan Fərzəliyev Ukraynada keçiriləcək bu mərhələnin qarşılaşmalarında komandaya kömək edə bilməyəcək.
Səbəb 42 yaşlı oyunçunun zədəli olmasıdır. Klub təcrübəli futzalçını səfərə aparmayacaq və o, müalicəsini Bakıda davam etdirəcək. Əvəzində bir müddətdir müalicə prosesi keçən Ramiz Çovdarov İvano-Frankovskda "Araz-Naxçıvan"a kömək edəcək.
Azərbaycan təmsilçisinin iştirak ərizəsi:
Qapıçılar: Rövşən Hüseynov, Emin Kürdov
Oyunçular: Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocayi, İsak Surğalı, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges.
B yolunda yer alan komanda "Uraqan İvano-Frankovsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. “Araz-Naxçıvan” oktyabrın 26-da Bakı - İstanbul - Lvov hava reysi ilə səfərə çıxacaq, Lvovdan isə avtobusla İvano Frankovska yollanacaq.
Oxşar xəbərlər
"Araz" Çempionlar Liqasına heç-heçə ilə yekun vurdu - 6:6
“Araz” ilk qələbəsini qazandı - Çempionlar Liqası
Heyətdə dəyişiklik edildi - Zədə səbəbindən
"Araz Naxçıvan" iştirak ərizəsini UEFA-ya göndərdi - Çempionlar Liqası
Slovakiya yığması ilə oyun üçün millimizin heyəti - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası