reklam
Sportfm.az xəbər saytı

"Tələsirdik, çox qaçmalı olduq" -Xətai Bağırov


UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün “Yunayted Galati” komandasını 5:3 hesabı ilə məğlub edən “Araz-Naxçıvan”ın hücumçusu Xətai Bağırovun oyunla bağlı azfutzal.az-a açıqlama verib. Sportfm.az saytı həmin açıqlamanı təqdim edir:

“Maraqlı oyun oldu. Biz yaxşı başladıq, ardıcıl qollar vurduq. Bundan sonra sanki bir qədər arxayınlaşdıq. Daha doğrusu, tələsirdik. Halbuki sakit oynamalı, rəqibin boşluqlarından istifadə etməli olduğumuz vəziyyətdə özümüz boşluqlar verdik. Nəticədə hesab bərabərləşdi. Sanki bundan sonra ayıldıq. Fasiləyə üstün yollanmağımız isə xeyrimizə oldu. Oyunun sonlarına yaxın rəqib əsasən 5 meydan oyunçusu ilə mübarizə apardı. Buna görə də çox qaçmalı olduq.

Vacib olan qələbə qazanmaq idi, şükür ki, bunun öhdəsindən gəldik. Hələ ki, növbəti mərhələyə yüksəlməklə bağlı heç nə bilinmir. Bu gün keçiriləcək “Uraqan” – “Liqeni” oyununda çox suallara aydınlıq gətiriləcək. Meydan sahibləri qələbə qazansa, vəsiqəni də onlar qazanacaq. “Liqeni” 3 xalla ayrılsa, yeganə vəsiqənin sahibinin adı axırıncı oyunlardan sonra bilinəcək. Ümidliyik, sona qədər gözləyəcəyik”.

 

Oxşar xəbərlər

Joze Alesio narazı qalıb: "Belə oynamamalıyıq"
“Araz-Naxçıvan”ın oyunlarının təqvimi - Çempionlar Liqası
"Hazırlıq üçün az vaxtımız oldu" - Məşqçi fikirləri
“Çətin olanı reallaşdırmağa çalışacağıq” - Joze Alesio
"Araz"ı məğlub edən baş məşqçi: "Məşqdə etdiklərimizi 100 faiz meydanda həyata keçirdik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər