

"Hazırlıq üçün az vaxtımız oldu" -Məşqçi fikirləri
Bu gün Bakı İdman Sarayında keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra hər iki komandanın baş məşqçisi açıqlama verib.
Sportfm.az həmin müsahibəni təqdim edir:
Marian Berky (Slovakiya milli komandasının baş məşqçisi): “Komandamız üçün çətin oyun oldu. Birinci hissədə hər şey qaydasında getdi. Lakin ikinci hissədə hakimin idarəçiliyindən narazı qaldım və nəticədə oyunun axarını dəyişə bilmədik. Daha doğrusu, bunun üçün real şanslarımız oldu, epizodlar yaratdıq, təssüf ki, onları realizə edə bilmədik. Sona yaxın isə 5 meydan oyunçusuna üstünlük verdik və bu da rəqibin hesabı artırmasına imkan yaratdı”.
Joze Alesio Da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): “Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. Həm də son illərdə tez-tez qarşılaşdığımızı nəzərə alsaq, bir-birimizi yaxşı tanıdığımızı deyə bilərəm. Bizim əsas problemimiz yaratdığımız qol epizodlarını realizə edə bilməməyimiz oldu. Hətta məşqlərdə də, oyunöncəsi təlimat zamanı da futzalçılarıma buna diqqət etmələrini tapşırdım. Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik.
Oyuna yaxşı başladıq və birinci hissədə ardıcıl epizodlar yaratdıq, təəssüf ki, bu üstünlüyümüzü hesaba daşıya bilmədik. Bəli, hazırlıq üçün az vaxtımız oldu, fiziki, taktiki planda problemlərimiz görünürdü. İkinci hissənin başlanğıcı çox çətin oldu. Ancaq ikinci qolu vurmağımız rəqibin oyun planında açılmasına səbəb oldu. Biz də yaranan boşluqları düzgün dəyərləndirdik.
Vacib olan qələbə idi, onu da qazandıq. İndi Yunanıstanla matçda bunun davamını gətirməliyik”.
Oxşar xəbərlər
Alesionun yenə bəhanəsi var: "Müdafiədə çox səhv etdik"
“Sürpriz”lə qarşılaşa bilərik” - Rövşən Hüseynli
“Çətin olanı reallaşdırmağa çalışacağıq” - Joze Alesio
“Bu gün çox yaxşı oynadıq” - Joze Alesio Da Silva
Millimizin baş məşqçisi: Rəqib belə səhvləri bağışlamır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı