reklam
Veteran cüdoçularımızdan dünya çempionatında böyük uğur -
Sportfm.az xəbər saytı

Veteran cüdoçularımızdan dünya çempionatında böyük uğur -4 medal


Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan komandası daha 4 medal əldə edib.

Sportfm.az xəbər verir ki, Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yalnız final görüşündə uduzan Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medala sahib olublar.

Beləliklə, cüdoçuların qazandıqları medalların sayı 5-ə çatıb.

Qeyd edək ki, daha əvvəl Tural Səfquliyev (M-1, 100 kq) bürünc medala yiyələnib.

Azərbaycan yarışda 15 idmançı ilə təmsil olunur. Turnir bu gün başa çatacaq.

Oxşar xəbərlər

Usta cüdoçularımızdan 15 medal - Dünya çempionatı
Yığmamız dünya üçüncüsü oldu - UĞUR
Cüdoçularımız İspaniyadan 9 medalla qayıdır
Veteran cüdoçu yeddiqat Avropa çempionu oldu
Qadınlarımız Dünya çempionatını 2 medalla tamamladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər