reklam
“Qarabağ” məğlubedilməzlər sırasında -
Sportfm.az xəbər saytı

“Qarabağ” məğlubedilməzlər sırasında -Konfrans Liqası


"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.

Sportfm.az xəbər verir ki, aktivində 2 qələbə və 1 bərabərlik olan Ağdam təmsilçisi yalnız Belçika "Gent"indən geri qalır. Sözügedən kollektiv B qrupunda keçirdiyi 3 görüşün hamısından qələbə ilə ayrılıb.

Bundan başqa, "Qarabağ" qrup mərhələsində çərçivəyə ən çox dəqiq zərbə endirən komandadır. "Qarabağ"ın futbolçuları 3 oyunda ümumilikdə 21 dəfə qapını dəqiq nişan alıb ki, bunlardan 6-sı qolla nəticələnib.

Qeyd edək ki, "Qarabağ" ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

Oxşar xəbərlər

Millimiz ən zəifləri sırasında - DÇ-2022
"Kayrat" Bakıya yola düşdü - Konfrans Liqası
UEFA-dan "Qarabağ"la bağlı paylaşım - FOTO
“Qarabağ”ın rəqibi qələbə qazandı - Qazaxıstan çempionatı
"Qarabağ"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər