Türkiyənin işi möcüzələrə qaldı -DÇ-2022
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma baş tutub.
G qrupunda Türkiyə millisi Şenol Güneşin gedişindən sonra yeni baş məşqçisi Ştefan Kuntsun rəhbərliyi altında ilk oyununa çıxıb. "Ay-ulduzlular" "Şükrü Saracoğlu" stadionunda Norveçi sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda hər iki qol ilk hissədə vurulub. Meydan sahiblərindən Kerem Aktürkoğlu, qonaqlardan isə Kristian Torstvedt fərqlənib.
Bu qrupun digər matçlarında Monteneqro Cəbəllütariqi, Niderland isə Latviyanı məğlub edib.
H qrupunda Malta evdə Sloveniyaya, Kipr Xorvatiya uduzub. Rusiya isə doğma meydanda Slovakiyaya qalib gəlib.
J qrupunda da 3 oyun keçirilib. Lider Almaniya evdə Rumıniya üzərində çətin qələbə qazanıb.
Oxşar xəbərlər
Türkiyə evdə, İspaniya səfərdə uduzdu - AVRO-2024
Türkiyə Latviyaya qarşı - DÇ-2022
Türkiyə millisi Norveçə, Almaniya Rumıniyaya qarşı - DÇ-2022
Türkiyə Latviyaya, Portuqaliya Lüksemburqa qarşı - DÇ-2022
Lüksemburqdan qələbə, Maltadan sensasiya - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası