AFFA İntizam Komitəsinin qərarları -Meydan sahibinə 800 manat cərimə
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın VI turunun “Zirə” – “Sumqayıt” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunur.
“Keşlə” – “Sabah” oyununda “Sabah” klubunun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunur. Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. Mətbuat konfransı zamanı “Sabah” klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilsin.
I Divizionun III turunun “Keşlə-2” – “Qəbələ-2” oyununda “Keşlə-2” klubunun qapıçısının formasında qüsur olduğundan oyunun ikinci hissəsi gec başlandığı üçün klub 80 manat cərimə olunur.
Oxşar xəbərlər
“Sabah” cərimə olundu, futbolçusu cəzalandı - QƏRAR
"Neftçi" azarkeşlərinə görə cərimələndi - İntizam Komitəsinin qərarları
İntizam Komitəsinin qərarları açıqlandı - AFFA
İntizam Komitəsinin qərarları açıqlandı - AFFA
Premyer Liqamızda klublar cərimələndi - AFFA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası