reklam
İsmayıllıda futbol komandası yaradılacaq -
Sportfm.az xəbər saytı

İsmayıllıda futbol komandası yaradılacaq -Region Liqası


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov regionlara səfəri çərçivəsində İsmayıllı rayonunda olub.

Sportfm.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Elxan Məmmədov İsmayıllıda süni örtüklü meydança inşa olunması üçün münasib ərazilərə baxış keçiriblər.

Müvafiq ərazidə yaxın zamanlarda AFFA tərəfindən iki ədəd süni örtüklü meydançanın inşa olunacağı müəyyənləşdirilib.

Bundan başqa, AFFA və İcra Hakimiyyəti rəhbərliyi arasında müzakirələrdən sonra Region Liqası turnirində cari mövsümdən etibarən İsmayıllı rayonunu təmsil edən komandanın çıxış etməsi barədə razılıq əldə olunub.

Oxşar xəbərlər

Gəncədə daha bir süni örtüklü meydança təmir olundu - FOTO
Elxan Məmmədov Gəncə şəhər stadionuna baş çəkdi - FOTO
Gəncədə futbol ictimaiyyəti nümayəndələri ilə görüş - FOTO
Bakıda yeni futbol meydançası istifadə verildi - FOTO
“Turan Tovuz” futbol akademiyası açıldı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər