Bakıda yeni futbol meydançası istifadə verildi -FOTO
Sentyabrın 16-da Bakının Yasamal rayonunda Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə inşa olunmuş daha bir futbol meydançasının açılışı olub.
Sportfm.az xəbər verir ki, Nərimanov prospekti 54/27 ünvanında tikilən süni ot örtüklü stadionun uzunluğu 24, eni 12 metrdir. Stadion 5 metrlik hasarla əhatələnib.
Meydança Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ərsəyə gəlib. Ətrafdakı abadlıq işlərini Yasamal Bələdiyyəsi görüb. Süni ot örtüyünü AFFA təqdim edib.
Açılış mərasimində Yasamal RİH-nin başçısı Elşad Həsənov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, MM-in deputatı E.Allahverdiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, bundan əvvəl daha bir belə meydança Bakının məşhur 5 mərtəbəsinin həyətində inşa olunmuşdu. 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı E.Allahverdiyevin sözlərinə görə, hər iki meydançanın inşası seçicilərin istəyi ilə ərsəyə gəlib: “Ümid edirəm ki, bu meydançalar futbola marağın artması, gələcək futbolçuların yetişməsi istiqamətində bir stimul olacaq”.


Oxşar xəbərlər
Gəncədə daha bir süni örtüklü meydança təmir olundu - FOTO
İsmayıllıda futbol komandası yaradılacaq - Region Liqası
“Kəpəz”in meydançası hazırdır - FOTO
"Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi baş tutdu - FOTO
Daha bir süni örtüklü meydança istifadəyə verildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası