reklam
Sportfm.az xəbər saytı

"Beşiktaş" uduzdu, "Şaxtyor" "İnter"lə bərabərə qaldı -Çempionlar Liqası


UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"la üz-üzə gəlib. Görüş Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

D qrupunda isə Donetsk "Şaxtyor"u Ukraynada İtaliya "İnter"ini sınağa çəkib. Qarşılaşmada hesab açılmayıb. 

Çempionlar Liqası

II tur

C qrupu

20:45. "Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə) - 2:0

Qollar: Stiven Bergeys, 17, Sebastyen Allye, 43

Xal durumu: "Ayaks" - 6 (2 oyun), "Borussiya" - 3, "Beşiktaş" - 0 (2), "Sportinq" - 0

D qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "İnter" (İtaliya) - 0:0

Xal durumu: "Şerif" - 3, "Real Madrid" - 3, "İnter" - 1 (2 oyun), "Şaxtyor" - 1 (2).

Oxşar xəbərlər

Qrup mərhələsində sonuncu tura start veriləcək - Çempionlar Liqası
"Mançester Siti" "Brügge"ni, "Leyptsiq" PSJ-ni sınağa çəkəcək - Çempionlar Liqası
"Beşiktaş" "Sportinq"ə, "Atletiko" "Liverpul"a qarşı - Çempionlar Liqası
"Liverpul" və "Atletiko"dan qələbə - Çempionlar Liqası
PSJ "Mançester Siti"yə, "Beşiktaş" "Ayaks"a qarşı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər