reklam
Millimizin çalışdırıcısı biabırçı məğlubiyyəti şərh etdi -
Sportfm.az xəbər saytı

Millimizin çalışdırıcısı biabırçı məğlubiyyəti şərh etdi -"Digər rəqiblərlə oyunlara köklənməliyik”


Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov matç haqda danışıb.
Sportfm.az xəbər verir ki, AÇ-2023-ün seçm mərhələsi çərçivəsində Danimarkaya 0:8 uduzan yığmanın çalışdırıcısı federasiyanın rəsmi saytına bunları danışıb:
​"Çətin oyun olacağını bilirdik. Rəqibin gücü hamıya bəllidir, qrupda keçirdiyi ilk oyunda böyükhesablı qələbə qazanmışdı. Xüsusən, fiziki cəhətdən güclü komandadır. Eyni zamanda hava toplarından daha çox istifadə edirdilər. Nəticədə bu üstünlüklərindən istifadə edib qələbə qazanmağı bacardılar. Bu cür oyunlardan sonra futbolçuları digər oyunlara kökləmək çətindir. İlk iki oyunumuz qrupun lider komandalarına qarşı oldu. Bu oyunlardan nəticə çıxarıb digər rəqiblərlə oyunlara köklənməliyik”.

Oxşar xəbərlər

"Uğurlu nəticənin davamını gətirməyə çalışacağıq" - Siyasət Əsgərov
Yığmamızın baş məşqçisi 4-cü məğlubiyyətə haqq qazandırmağa çalışdı - Dünya çempionatı
"Azərbaycanla oyunda layiqli qələbə qazandıq" - Mato Stankoviç
Obradoviç biabırçı məğlubiyyəti şərh etdi: "Futbolçulara deyəcək sözüm yoxdur"
"Bizi nə gözlədiyini əvvəldən bilirdik" - Millimizin baş məşqçisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər