Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Abbasova Bakıda ən güclüdür!
Respublika Şahmat Mərkəzində 2003 – 2004-cü il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib.
Sportfm.az xəbər verir ki, yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li İOEUGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HİRŞDK, Suraxanı GE, Yasamal ME, "Neftçi” İKİB, "Elfim” ŞM və Respublika Şahmat Klubunun 61 üzvü təmsil edib. Yarışda oğlanlar arasında I yeri Manafov Vüqar, II yeri Eynullayev Altay, III yeri Teymurov Elnur, qızlar arasında I yeri Abbasova Sədaqət, II yeri Axundova Nərgiz, III yeri Nəsibova Nigar tutub. Qaliblərlə yanaşı oğlanlar arasında IV yeri tutmuş Mürsəlli Mətin, V yeri tutmuş Mehrəliyev Emil və qızlar arasında IV yeri tutmuş Rəhimli Nuranə, V yeri tutmuş Quliyeva Nərgiz də 16 mart tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.
Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulaçışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olub.
Oxşar xəbərlər
Şahmatçılar arasında beynəlxalq reytinq turniri başa çatdı - FOTO
Karate üzrə açıq Bakı turnirinə yekun vuruldu
117 nömrəli tam orta məktəbin komandası birinci oldu
Sumqayıtda şahmat üzrə şəhər birinciliyinin qalibləri müəyyənləşdi
Məhəllələrarası mini-futbol turnirinə yekun vurulub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası