"Komanda nə istədiyimi bilir" -Elmar Baxşıyev
“Oyun öncədən fikirləşdiyimiz kimi keçdi. Bilirdik ki, “Zirə” əks-hücumlarda güclüdür".
Sportfm.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Rəqibin heyətində sürətli və keyfiyyətli futbolçular var. Amma bizim də oyunla bağlı planımız var idi. Bunu – düşünülmüş hücumları meydanda da gördüm. Sadəcə, bu hücumları tamamlamaq çatışmırdı. Bunu hücumun son fazasında bir az diqqətsizlik və ya konsentrasiyanın az olması ilə əlaqələndirərdim. Çoxsaylı epizodları dəyərləndirə bilmədik. Bu qədər epizodu yaradıb, dəyərləndirməyəndə müdafiədə boşluq yaranır. “Zirə” də bu boşluqlardan istifadə etdi və qələbə qazandı".
Baxşıyev uduzmasına baxmayaraq, komandaya iradının olmadığını bildirib: "İlk gündən nəticə yox, öncə oyun, sonra nəticə istəmişəm. Komanda da nə istədiyimi bilir. Düşünülmüş hücumlar olmalıdır. Bunu da meydanda görürəm. Getdikcə epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram. Komandaya iradım yoxdur”.
Oxşar xəbərlər
"Meydanda istədiklərimizi edə bildik" - Elmar Baxşıyev
"Hücum xəttinə yeni futbolçu düşünürük" - Elmar Baxşıyev
"Qəbələ" “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir" - Elmar Baxşıyev
"Oyuna ciddi itkilərlə çıxdıq" - Elmar Baxşıyev
"Nəticə belə olmamalı idi" - Elmar Baxşıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO














Misli Premyer Liqası