Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Kəpəz”də itkilər var
Sabah Topaz Premyer Liqasının XV turunda səfərdə "İnter” ilə qarşılaşacaq "Kəpəz” bu gün oyunun keçiriləcəyi stadionda məşqə çıxıb.
Sportfm.az xəbər verir ki, matç öncəsi son hazırlıq prosesi 45 dəqiqə davam edib. "Sarı-göylər” Bakı klubu ilə görüşə itkilərlə çıxacaq. Belə ki, qarşıdakı matçda gəncəlilər üç futbolçusunun xidmətindən yararlana bilməyəcək. Komandanın iki üzvü soyuqdəymədən əziyyət çəkdiyindən meydana çıxmayacaq. Müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Vüqar Bəybalayev xəstələnib. Düzdür, sonuncunun matçın "18-liy”inə salınması mümkündür. Tibb personalı sabah təkrar müayinə ilə Bəybalayevin durumunu bir daha nəzərdən keçirəcək.
Müdafiəçi Renan Alveş isə cəzalıdır. Braziliyalı ötən ilin sonunda "Qəbələ” ilə səfər oyununda qırmızı vərəqə almışdı.
Oxşar xəbərlər
"Kəpəz" "ciddi itkilərlə çıxacaq
"Kəpəz" təlim-məşq toplanışını yekunlaşdırdı
“Sarı-göylər” kubok oyununun hazırlığına başladı
"Kəpəz" Qəbələyə gedir
"Kəpəz" "Zirə" ilə oyuna 3 itki ilə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası