reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" "Zirə" ilə oyuna 3 itki ilə çıxacaq


Topaz Premyer Liqanın X turunda səfərdə "Zirə” ilə qarşılaşacaq "Kəpəz” oyunun hazırlıqlarını Bakıda davam etdirir. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda öncəsi son məşqinə bu gün saat 17:30-da çıxacaq. Matçın keçiriləcəyi Zirə İdman Kompleksinin stadionuna getməyə ehtiyac duymayan komanda "Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edəcək.
Sabahkı görüşdə zədəsi sağalmayan müdafiəçi Şəhriyar Əliyev ilə yarımmüdafiəçi Dario Frederiko "sarı-göylər”ə kömək edə bilməyəcək. Bu günlərdə qrup halında məşqlərə qoşulan Vüqar Bəybalayev isə tam hazır olmadığından oynamayacaq. Heyətdəki itkilər səbəbindən əvəzedici komandadan bir neçə futbolçu əsas komandaya çağırılacaq.

Oxşar xəbərlər

"Kəpəz"də bir itki
"Kəpəz" "ciddi itkilərlə çıxacaq
“Kəpəz”də itkilər var
Dario Frederiko "Kəpəz"ə qoşuldu
"Kəpəz" təlim-məşq toplanışını yekunlaşdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər