Braziliya – Argentina oyunu yarımçıq dayandırıldı -Qalmaqal
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya – Argentina oyunu təxirə salınıb.
Sportfm.az xəbər verir ki, matç başladıqdan bir neçə dəqiq sonra Braziliya Səhiyyə Nazirliyinin şəxsləri və polislər meydana daxil olublar.
Polislər Argentina millisinə İngiltərədən gələn 4 oyunçusunu (Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) deportasiya etmək istəyiblər.
İngiltərədən ölkəyə gələn şəxslər 14 günlük karantindən keçməlidirlər. Ancaq oyunçular immiqrasiya işçilərinə bu yaxınlarda İngiltərəyə getmədiklərini iddia ediblər.
Argentina tərəfi polisin deportasiya həyata keçirmək istəyinə qarşı çıxıb və komanda olaraq paltardəyişmə otağına yollanıb. Hakimlər də yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.
Oxşar xəbərlər
2022-ci ilin rəmzi komandası - SİYAHI
Braziliya - Argentina oyunu ilə bağlı qərar ləğv edildi
Millinin 4 futbolçusu diskvalifikasiya edildi - Koronavirus qaydalarını pozdular
La Liqada matçların vaxtı dəyişdirildi - Qalmaqala görə
FIFA-dan açıqlama - Braziliya - Argentina matçı ilə bağlı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası