La Liqada matçların vaxtı dəyişdirildi -Qalmaqala görə
İspaniya La Liqasının 4-cü turunun iki oyunu bu həftə baş tutmayacaq.
Sportfm.az xəbər verir ki, 11 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan "Sevilya" - "Barselona" və "Vilyarreal" - "Alaves" qarşılaşmaları təxirə salınıb.
Oyunların təxirə salınmasının səbəbi DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında keçirilən matçların gec olması ilə bağlıdı. Belə ki, "Sevilya" və "Vilyarreal"ın futbolçularının şərəfini qoruduğu Argentina millisi 10 sentyabr tarixində Boliviya ilə qarşılaşacaq. Klubların müraciətini qəbul edən La Liqa rəhbərliyi görüşlərin vaxtını dəyişib.
Matçların nə vaxt keçiriləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Braziliya - Argentina qarşılaşması qonaqların 4 futbolçusunun (Emiliano Martines, Emiliano Buendiya, Covani Lo Çelso və Serxio Romero) karantin qaydalarına riayət etməməsinə görə yaranan qalmaqaldan sonra yarımçıq dayandırılıb.
Oxşar xəbərlər
Braziliya - Argentina oyunu ilə bağlı qərar ləğv edildi
Millinin 4 futbolçusu diskvalifikasiya edildi - Koronavirus qaydalarını pozdular
FIFA-dan açıqlama - Braziliya - Argentina matçı ilə bağlı
Braziliya – Argentina oyunu yarımçıq dayandırıldı - Qalmaqal
FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə saldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası