reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın rəqibində 4 gənc futbolçu -Konfrans Liqası


Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bazel" heyətini 4 futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, İsveçrə təmsilçisi Lissabon "Sportinq"dən Jelson Fernandeşi icarəyə götürüb. 18 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

"Bazel" Portuqaliyanın digər klubu "Benfika"nın müdafiəçisi Tomas Tavareş də heyətinə cəlb edilib. Onunla 1 illik müqavilə imzalanıb. 

Digər futbolçu isə Fransanın "Nitsa" klubunundan transfer edilən Dan Ndoyedi. İsveçrə millisinin üzvü olan 20 yaşlı hücumçu 1 illik icarəyə götürülüb.

"Bazel"in daha bir transferi Niderlanddandı. "Feyenord"un 20 yaşlı yarımmüdafiəçisi Voter Burqerlə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Bazel"lə "Qarabağ"ın ilk görüşü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Oxşar xəbərlər

"Qarabağ" - "Bazel" oyunu BOS-da keçiriləcək - Qərar
“Keşlə”də yeni oyunçu - 1 illik müqavilə
Super Liqa klubunda yeni müqavilələr - RƏSMİ
"Beşiktaş" "Arsenal"ın futbolçusunu heyətinə qatdı - FOTO
Məhəmməd Elyunussi Premyer Liqa klubuna transfer oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər