Samir Abasov:"Emin Mahmudovun bədəninin suyu qalmayıb"
"Neftçi" Konfrans Liqasının pley-off cavab matçında Hayfa "Makkabi"sinə 0-4 hesabı ilə məğlub olub.
Sportfm.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Samir Abasov 90 dəqiqə ilə bağlı fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb."Görüşün ilk saniyələrindən təhlükəni hiss etməyə başladıq. Laval yoxdursa, bizim hücum qurmamız çətindi. Atmosfer 3 futbolçumuzu da oyundan düşürdü. Onlar özündə deyildi. Bu bizim üçün təcrübədi".
- Bu uğursuzluqda Samir Abasovun nə qədər payı var?
- Bu tək mənimlə bağlı olay deyil. Belə heyətlə nələrisə edəcəyimizi düşünürüksə özümüzü yanıldırıq. Günahkar axtarmaqla deyil.
- 3 futbolçunun zəif oyununu qeyd etdiniz. Onlar kim idi?
- Bunlar Mərt Çelik, Harramiz və Fəhmin muradbəyli idi.
- Belə yetərsiz heyətlə nəyə ümid edirdiz?
- Təəssüflə qeyd etməliyəm ki, heç nəyə.
- Bu büdcə ilə çempion olan komanda niyə bir-iki futbolçudan niyə asılıdı?
- Məğlubiyyət komandaya pis təsir edir. Biz əlimizdə olanlarla çıxış etməliyik. Konkret futbolçu ilə bağlı daxildə problem yoxdu. Oyunu dəyişə bilmirik. Həqiqətən səhvlərimiz vardı. HİK-lə oyundan sonra bunun siqnalını almışdıq. Emin Mahmudovun bədəninin suyu qalmayıb.
- "Qarabağ"la rəqabətdə heyətin kasad olması sizə mane olmayacaq?
- Hədəfimiz yenə çempionluqdu. Düşünürəm ki, hədəfimizdən yayınmayacağıq.
Oxşar xəbərlər
Samir Abasovun "lyubimçiki" və havaya sovrulan 100 min - İNAD
Samir Abasov: “Onların gedişi bizim oyunumuzu zəiflətdi”
Barak Baxar: "Belə nəticəni sürpriz sayıram"
Samir Abasov: "Qrupa düşən biz olarıq"
Tribunaya göndərilən Samir Abasov: Yuxarıdan tapşırıq verilib ki, onları sıxın
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı














Misli Premyer Liqası