reklam
Samir Abasov:
Sportfm.az xəbər saytı

Samir Abasov:"Qrupa düşən biz olarıq"


"Neftçi" sabah İsraildə "Makkabi" ilə cavab matçına çıxacaq. 

Sportfm.az xəbər verir ki, Hayfa şəhərində matçdan öncə keçirilən mətbuat konfransında Flaqmanın baş məşqçisi Samir Abasov və klubunun legioner futbolçusu Harramiz Suarez jurnalistlərin suallarını cavablandırıb. Əvvəlcə baş məşqçi oyunla bağlı fikirlərini bildirib.

"Bu cür oyuna bu cür itkilərlə gəlmək yaxşı hal deyil. Əsas heyətin 3 futbolçusu meydanda olmayacaq. Rəqib sanballı oyunçulardan qurulub. Çox güclü komandadı, güclü hücum xəttinə malik rəqibdi. Bu komanda daha böyük turnirlərdə oynamağa layiqdi. "Makkabi" rotasiya etsə də, oyunun keyfiyyəti itmir. Biz uduzmağa gəlməmişik. İnşallah qrupa düşən biz olarıq. Buna inanırıq. Bakıda rəqibə üç qol vurmuşuqsa, burdada bunu edə bilərik". 

- Rukavitsanı heyətinizə qatmısız?

- Hələlik 34 yaşlı forvardla müqavilə imzalanmayıb. Həmçinin digər hücumlarla da danışıqlar prosesindəyik. Rukavitsanın üzünü belə, görməmişik. Amma özü və agenti ilə danışırıq. Bir həftə içində məsələyə aydınlıq gələcək. 

- Heyətdəki itkiləri necə sığorta edəcəksiz? 

- Təbii ki, mütləq onların yerini dolduracağıq. Biz mərhələni keçəcəyimizə ürəkdən inanırıq. 

- İsrail mətbuatı "Neftçi"dən çəkinir. 

- Düşünürəm ki, biz buna oyunumuzla layiq olmuşuq. 

- "Neftçi"nin futbolçuları sabahkı oyunun stresinə hazırdı?

- Biz hər cür stresə hazırıq. Nəinki müdafiə xəttimiz, bütün oyunçular bu görüşə köklənib. 

Qeyd edək ki, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsindəki oyun avqustun 26-sı Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda keçiriləcək. İlk görüş 3-3 bərabərə bitib. 

Oxşar xəbərlər

"Neftçi" "Sammi Ofer" stadionunda məşqə çıxdı - FOTO
Harramiz Suares: "Məşqçi məni harda oynatsa, orda oynayacam"
"Neftçi" İsrailə çatdı - FOTO
Samir Abasov və Harramiz Suares - Mətbuat konfransı
“Meza Kolli sabah meydanda olacaq“ Samir Abasov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər