reklam
Tribunaya göndərilən Samir Abasov:
Sportfm.az xəbər saytı

Tribunaya göndərilən Samir Abasov:Yuxarıdan tapşırıq verilib ki, onları sıxın


Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Sportfm.az xəbər verir ki, günün ilk matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib. Qarşılaşmadan sonra oyun zamanı tribunaya göndərilən qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis öncə matçla bağlı qısaca fikirlərini bildirib:"Çoxdandı uduzmurduq. Havalardaydıq, bizi yerə saldılar. Hansı saytı açırdıq, bizdən yazırdılar".

- Komandada yorğunluq yox idi? 

- Bizim bərpa üçün yetərincə vaxtımız vardı. Komandanın tibb personalı lazımi tədbirləri görmüşdü. Hansısa futbolçunun fikri başqa klubdadırsa, bu bizim günahımız deyil. 

- Fərhad Vəliyevə daha nə qədər şans verəcəksiniz?

- Mövsümün sonuna qədər. 

- Baş hakim sizi qovduqdan sonra matçı necə seyr etdiniz?

- Düşünürəm ki, ümumiyyətlə hakimin qərarı səhv idi. Bizi möhkəm sıxırlar. Yəqin yuxarıdan tapşırıq verilib ki, onları sıxın. 

- Bəzi oyunçularınızın başqa yerdə olduğunu dediz. Yəni başqa klubda?
- Saytları açırsan, gündə bir oyunçumuzu bir kluba calayırlar. İstər istəməz fikir yayına bilər. Oyunçularla danışacam.

 

Oxşar xəbərlər

"Emin Mahmudovu komandamda görmək istəyirəm" - Samir Abasov
Samir Abasov: "Emin Mahmudovun bədəninin suyu qalmayıb"
"Bəzi səhvlər aradan götürməliyik" - Samir Abasov
Samir Abasov: Bu artıq rəhbərliyin işidir
Samir Əliyev: Oseqeyli bəyənirdim

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər