reklam
Samir Abasovun
Sportfm.az xəbər saytı

Samir Abasovun "lyubimçiki" və havaya sovrulan 100 min -İNAD


"Neftçi" Premyer Liqanın son turunda "Qarabağ"a evdə məğlub oldu. Görüşdən sonra baş tutan mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov uzun müddət komandaya rəhbərlik etməsinə baxmayaraq, yenə "yüksəliş" üçün vaxt istədi. Belə görünür ki, Abasovun komandası yüksəlmək üçün mövsümün sonunu gözləyir. Əgər belə olmasaydı, Samir müəllim belə vacib qarşılaşmada "Neftçi"yə gəldiyi gündən heçnə ilə yadda qalmayan Xəyal Nəcəfovu 90 dəqiqə meydanda saxlamazdı. 

"Sumqayıt"dan bu futbolçu üçün 100 min dollar kimi fantastik məbləğə paytaxt klubuna keçən Nəcəfov həmdə Samir Abasovun "lyubimçik"idi. Yoxsa, səviyyəsi flaqmanın səviyyəsinə uyğun olmayan Xəyal niyə bu klubda daim əsas heyətdə yer alsınki?!

Bir zamanlar Nəcəfovu 50 min manata belə buraxmağa hazır olan "Sumqayıt" isə bu işdə ən çox "kar edən" tərəfdi. Hər halda komanda bir futbolçunu dəyərindən 2-3 dəfə artığa hər zaman sata bilmir. 

Abasov isə Nəcəfovu hər zaman müdafiə edir və edəcək. Axı onu komandaya özü gətirib. Necəki indi "Neftçi"ni beynəlxalq qurumlara şikayət edən Harramiz Suares kimi. 

Oxşar xəbərlər

Samir Abasov: “Onların gedişi bizim oyunumuzu zəiflətdi”
Samir Abasov: "Emin Mahmudovun bədəninin suyu qalmayıb"
Samir Abasovun planı nədən ibarətdi?
PFL prezidenti azarkeşlik etdiyi baş məşqçinin adını açıqladı
Samir Abasov:"Matçı bu saatda keçirənlər fikirləşməlidir ki..."

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər