reklam
“Meza Kolli sabah meydanda olacaq“
Sportfm.az xəbər saytı

“Meza Kolli sabah meydanda olacaq“Samir Abasov


"Sabahkı oyunun çətinliyindən və gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün bu, axırıncı şansdır. Əlimizdən gələn hər şeydən istifadə edib, bacarığımızı meydanda qoymaq istəyirik".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov İsrailin "Makkabi" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Hayfa təmsilçisinin çox çətin rəqib olduğunu bildirib: "Əvvəlki rəqiblərimizə nisbətən "Makkabi" (Hayfa) daha çətindir. Heyətdə təhlükəli oyunçular çoxdur. Biz bunu hazırıq. İnanıram ki, sabah əlimizdən gələni edəcəyik".

Abasov bəzi məqamların onları narahat etdiyini sözlərinə əlavə edib: "Bəzi oyunçuların səhhətində problem var. Bu səbəbdən proqramdan kənara çıxdıq. Məşq etməli olan futbolçulara istirahət verdik. Sabahkı oyuna nə qədər hazır olacaqlar bilmirəm. Sabir Buqrin və Meza Kolli sabah meydanda olacaq. Hər şeyi meydanda görəcəyik. Huqa Basto koronavirusdan yeni sağalıb, məşqlərə qoşulub, tam hazır deyil. Sabah bəlkə ehtiyat oyunçular skamyasında ola bilər. Çox güman ki, oynamayacaq". (report)

Oxşar xəbərlər

"Aparıcı futbolçuların zədəli olması bizi üzür" - Samir Abasov
"Azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq" - Qurban Qurbanov
Sezar Meza Kolli qələbə istəyir - Müsahibə
"Həm Türkiyə "Fənərbaxça"sı, həm də İsrailin "Makkabi"si güclü rəqiblərdir" - Samir Abasov
""Çempionlar Liqasının qrupu bizim üçün röyadır" - Samir Abasov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər