"Heyətimiz geniş olsaydı, bizim üçün daha asan olardı" - Emin Mahmudov
"Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb.
Sportfm.az həmin müsahibəni təqdim edir.
- Bu mövsüm komandanın avrokuboklardakı çıxışını necə dəyərləndirirsiniz?
- Daha yaxşı oynaya bilərdik. Finlandiyanın HİK klubunu keçmək olardı, amma çox təəssüf ki, buna nail olmadıq və azarkeşlərimizi sevindirə bilmədik.
- Uğurlu mübarizə aparmaq üçün nə çatmır?
- Çatışmazlıqlar çoxdur. Əvvəla daha yaxşı mübarizə aparmalıydıq. Bundan əlavə, təbii ki, heyətimiz geniş olsaydı, bizim üçün daha asan olardı.
- Necə düşünürsünüz, İsrailin “Makkabi” (Hayfa) klubunu keçib, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəksinizmi?
- “Makkabi” çox güclü komandadır. Hayfa klubu xüsusilə evdə yaxşı oynayır. Buna baxmayaraq, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki artıq başqa yolumuz yoxdur.
- 2019/2020 mövsümündə İsrailin başqa bir klubu – “Bney Yehuda”nın qapısına yol tapmışdınız. Eyni aqibəti “Makkabi”yə yaşada biləcəksiniz?
- Çox heyf ki, həmin qol bizə kömək etmədi. Son dəqiqələrdə penalti ilə hesab arasındakı fərqi azaltsam da, bərabərlik qolunu vurmağımıza vaxt qalmadı. Əlbəttə, “Makkabi”yə də qol vurmağa çalışacağam.
- Ümumilikdə 15 oyundan 7 qolla avrokuboklarda klubun bombardirisiniz. 2019/2020 mövsümündə 6 oyunda 3 qol vurmusunuz. Bu mövsümdə də artıq eyni göstəricini təkrarlamısınız. Qarşıda azı 2 oyun keçirəcəyinizi nəzərə alsaq, rekordunuzu yeniləyə bilərsiniz?
- Çox sevindirici haldır ki, avrokuboklarda komandamızın bombardiriyəm. Hər yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışıram. Amma əsas olan mənim qol vurmağım deyil, komandamızın uğur qazanmasıdır. (report)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |