reklam
Şahin Diniyev:
Sportfm.az xəbər saytı

Şahin Diniyev:""Makkabi" favorit görünə bilər, amma kağız üzərində" -MÜSAHİBƏ


"Neftçi" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq. "Ağ-qaralar" "Bakcell Arena"da İsrailin "Makkabi" (Hayfa) komandası ilə qarşılaşacaq. Görüşün start fiti saat 21:00-da veriləcək. Sportfm.az saytı bir zamanlar İsraildə legioner həyatı yaşayan və Hayfa təmsilçisinə qarşı dəfələrlə meydanda mübarizə aparan yığmamızın sabiq çalışdırıcısı Şahin Diniyevin görüşlə bağlı fikirlərini öyrənib. Veteran futbolçu əvvəlcə rəqibi dəyərləndirib:

""Makkabi" Hayfa İsrailin "Makkabi" Təl-Əviv ilə birlikdə iki top klubundan biridi. Son illər yox, bu həmişə, mən İsraildə çıxış etdiyim dönəmlərdə də, ondan əvvəl də belə olub. Çox sabit və daima öz ölkəsinin çempionatında liderliyə oynayan bir komandadı. Hayfa təmsilçisi Təl-Əviv klubundan daima heyətində texnikalı futbolçuların çoxluq təşkil etməsi ilə fərqlənir. Bunun da məntiqli nəticəsi kimi bu kollektiv daha çox topla oynamağa çalışır, texnikalı futbola üstünlük verir. "Makkabi" driblinqi olan, fərdi ustalığı yüksək futbolçulara malikdi. İsrail təmsilçisi atletik və fiziki yox, texniki futbolla nəticə qazanmağa çalışır".

Şahin Diniyev "Neftçi"nin hazırki problemlərindən də danışıb: 

""Neftçi"nin komandanın artıq hər bir üslübda oyununu görmüşük. "Ağ-qaralar" evdə və səfərdə fərqli futbol nümayiş etdirən klublara qarşı mübarizə aparıb. Mənə elə gəlir ki, "Neftçi"nin texnikalı komandaya qarşı oyunu daha yaxşı alınır, çünki həm rəqib oynayır, həm də özləri. Samir Abasovun komandasının ən böyük problemlərindən biri müdafiədə boşluqların olmasıdı. Komanda etibarlı müdafiə xəttinin olmadığına görə əziyyət çəkir. Hücumda isə son nöqtəni qoyan olmadığı üçün arzuolunmaz hesablar qeydə alınır. Komandanın orta xətti isə idealdı. Amma iki xəttdə olan çatışmamazlıqlar nəticəyə mənfi təsir edir. Həmin xüsusiyyətləri aradan qaldırmaq üçün baş məşqçi rotasiya etməyə məcburdu, ancaq bunun üçün zaman da azdı. "Qəbələ" ilə matçı izlədim və komandada psixoloji düşkünlüyün olduğunu gördüm. İlk növbədə psixoloji cəhətdən komandanı hazırlamaq və motivasiyanı qaldırmaq lazımdı. Şans təbii ki, hər zaman var. HİK-ə böyük hesabla uduzmamaqda olardı, "Neftçi" həmin görüşdə pis oynamadı. Ürəyimiz "Neftçi" ilədi. "Makkabi" favorit görünə bilər, amma kağız üzərində, meydana çıxanda hər şey fərqli ola bilər. Uğurlar, Flaqman".

Qeyd edək ki, qarşılaşmanın baş hakimi fransalı Uilli Delajo olacaq.

Oxşar xəbərlər

"Sabah" "Makkabi"yə qarşı - Konfrans Liqası
"Neftçi" mübarizəni dayandırdı - Konfrans Liqası
"Neftçi" və "Qarabağ" cavab oyunlarını keçirəcək - Konfrans Liqası
"Neftçi" qələbəni əldən verdi - Konfrans Liqası
Azərbaycan klubları üçün çətin sınaq - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər