reklam
Yığmamız mübarizəyə əsas mərhələdən başlayacaq -
Sportfm.az xəbər saytı

Yığmamız mübarizəyə əsas mərhələdən başlayacaq -Avropa çempionatı


Final mərhələsi gələn il İspaniyada təşkil olunacaq 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının püşkatma mərasimi avqustun 30-da keçiriləcək. Sayca ikinci dəfə keçiriləcək qitə birinciliyində millimiz yenə əsas mərhələdə mübarizə aparacaq.

Sportfm.az xəbər verir ki, 34 komanda qalib adı uğrunda yarışacaq. Avropa çempionu və final mərhələsinə ev sahibliyi edəcək İspaniya ilkin və əsas mərhələdə iştirak etməyəcək. Otuz üç komandadan 7-si – San Marino, Cəbəllütariq, Estoniya, Uels, Monteneqro, Şimali Makedoniya və Andorra ilkin mərhələdə çıxış edəcək. Bu komandalar birində 4, digərində 3 iştirakçı olmaqla iki qrupda yarışacaq. Ancaq qrup qalibləri əsas mərhələdə gözləyən 26 iştirakçıya qoşulacaq. Beləliklə, 28 komanda bu dəfə hər birində 4 yığma olmaqla 7 qrupa bölünəcək. Buradan isə ancaq qrup birinciləri həlledici mərhələyə yüksələcək. İspaniya ilə birlikdə 8 komanda final mərhələsində gücünü sınayacaq.

İlkin mərhələnin oyunları bu il noyabrın 2-7-də, əsas mərhələnin qarşılaşmaları gələn il martın 15-20-də, həlledici görüşlər isə sentyabrın 3-10-da keçiriləcək.

Oxşar xəbərlər

Seçmə mərhələnin təqvimi açıqlandı - Avropa çempionatı
Millimiz Avropa çempionatına əsas mərhələdən başlayacaq
Futzal yığmamız üçün gözəl şans - DÇ-2024
Millimizin rəqibləri müəyyənləşdi - Slovakiya yenə bizimlə eyni qrupda
Litvaya gedən yol: Azərbaycan Fransa və İtaliya ilə eyni səbətdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər