Gimnastlarımızdan biabırçı nəticə - 10-cu yer -Tokio-2020
Ölkəmizin bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət yığma komandası Tokio Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Sportfm.az xəbər verir ki, gözlənildiyi kimi komandamız final mərhələsinə çıxa bilməyib. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət "beşlik" 3 halqa və 2 cüt gürzlə çıxışda münsiflərdən 37,650 bal alıblar.
5 topla hərəkətlərdə isə komandamızın çıxışı daha zəif alınıb və yekunda hakimlər gimnastlarımıza 36,700 bal veriblər. Bununla Azərbaycan komandası iki hərəkətin cəmində 74,350 xalla 14 ölkə arasında 10-cu yeri tutub.
Final mərhələsinə ilk 8 yerin sahibləri yüksəldiyindən milli komandamız olimpiadada mübarizəni dayandırıb.
Xatırladaq ki, ötən gün bədii gimnastikada fərdi çoxnövçülük yarışında iştirak edən təmsilçimiz çox zəif çıxışı ilə yadda qalan Zöhrə Ağamirova 18-ci yeri tutaraq finaldan kənarda qalmışdı. Milli komandamızı uzun illərdi bolqarıstanlı Mariana Vasilyeva çalışdırır.
Oxşar xəbərlər
Azərbaycan komandası qızıl medal qazandı - Avropa çempionatı
Azərbaycan komandası qızıl medal qazandı - Dünya Kuboku
Azərbaycan gimnastı finaldan kənarda qaldı - Tokio-2020
Rusiyanı təmsil edən azərbaycanlı gimnast birincidir - Dünya Kuboku
Gimnastlarımız dünya kubokunda mübarizə aparacaq - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası