Azərbaycan komandası qızıl medal qazandı -Avropa çempionatı
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında üç lent və iki topla qrup hərəkətlərində Azərbaycanın böyüklərdən ibarət komandası 32,250 xalla qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, İsraili təmsil edən komanda 32,150 xalla gümüş medala sahib olub. 31,200 xalla bürünc medalı isə İspaniya yığması qazanıb.
Qrup hərəkətlərində Azərbaycan komandasının heyətində Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alıb.
Xatırladaq ki, Azərbaycan idmançısı Zöhrə Ağamirova fərdi yarışlarda topla hərəkətlərlə 32,850 xal toplayaraq üçüncü yeri tutub.
Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.
Oxşar xəbərlər
İspaniyada qızıl medal qazandılar
Azərbaycan millisi Avropa kubokunda növbəti “bürünc” qazandı
Azərbaycan komandası qızıl medal qazandı - Dünya Kuboku
Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
Rusiyanı təmsil edən azərbaycanlı gimnast birincidir - Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası