reklam
Rusiyanı təmsil edən azərbaycanlı gimnast birincidir -
Sportfm.az xəbər saytı

Rusiyanı təmsil edən azərbaycanlı gimnast birincidir -Dünya Kuboku


Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Sportfm.az xəbər verir ki, yarışın ilk günündə fərdi və qrup hərəkətləri proqramında təsnifat yarışları keçirilib.

Əvvəlcə fərdi proqramda halqa və topla hərəkətlərdə Zöhrə Ağamirova ilə Arzu Cəlilova qüvvəsini sınayıb. Halqa ilə hərəkətlərdə Ağamirova 16-cı olub. Cəlilova isə 36-cı pillədə qərarlaşıb. Ağamirova topla hərəkətlərdə 12-ci sıranı tutub. Cəlilova isə 15-ci olub. 

Fərdi proqramda sıralamaya 51.500 xalla Rusiya gimnastı Lala Kramarenko başçılıq edir. O, Azərbaycan millisinin və Rusiya MOİK-inin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.

Qrup hərəkətlərində isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət Azərbaycan komandası uğurlu çıxışı ilə diqqət çəkib. 5 topla hərəkətlərdə 43 xal toplayan kollektiv 3-cü pillədə qərarlaşmaqla, finala vəsiqəni təmin edib.

Qeyd edək ki, Dünya Kubokunda təsnifat mərhələsi sabah da davam edəcək. Fərdi proqramda gürz və lentlə, qrup yarışlarında isə 3 halqa + 2 cüt gürzlə hərəkətlər yerinə yetiriləcək.

Oxşar xəbərlər

Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
Azərbaycan çempionatına yekun vuruldu - SİYAHI
Arzu Cəlilova Zöhrə Ağamirovanı arxada qoydu - Azərbaycan çempionatı
Azərbaycan gimnastları finaldan kənarda qaldı - Dünya çempionatı
Avropa çempionatında iştirak edəcək millimizin heyəti - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər