reklam
Cüdoçular yeni qaydalarla tanış oldu
Sportfm.az xəbər saytı

Cüdoçular yeni qaydalarla tanış oldu


Bakıda təlim-məşq toplanışında olan yeniyetmələrdən ibarət Azərbaycan millisi cüdonun yeni qaydaları barədə məlumatlandırılıb.
 
Sportfm.az xəbər verir ki, ölkəmizin ən güclü yeniyetmə cüdoçuları baş məşqçi Elçin İsmayılovun rəhbərliyi altında gələcək beynəlxalq yarışlara hazırlaşırlar. Yenitmələrdən ibarət  milli komandamız 2017-ci ildə  Litvada Avropa birinciliyi, Çilidə dünya birinciliyi, Macarıstanda isə yeniyetmələrin Olimpiya festivalında iştirak edəcək. Toplanışın ilk mərhələsini başa vuran cüdoçularımız yanvarın 25-dən təlim-məşq prosesini davam etdirəcəklər.  Artıq  yeniyetmə cüdoçularımız, məşqçi heyəti  cüdonun yeni qaydaları ilə məlumatlandırılıb. Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov bu ayın əvvəlində Bakıda keçirilən seminarda müzakirə edilən qərarları, yeni hakimlik və yarış qaydalarını milli komandamızın üzvlərinin diqqətinə çatdırıb.

Oxşar xəbərlər

Milli komandamızın üzvləri cüdonun yeni qaydaları ilə tanış oldu - FOTO
Qəbələdə cüdonun yeni qaydaları ilə bağlı seminar keçirildi
Cüdoçularımız məşhurlarla bir yerdə
Cüdonun yeni qaydaları Bakıda müzakirə olundu
Cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər