reklam
Sportfm.az xəbər saytı

"Medalı təmin etdiyim üçün çox sevinirəm" -Alfonso Dominges


"Olimpiadada uğurlu çıxış etmək üçün çox hazırlaşmışdım. Hər gün məşq edirdim. Medalı təmin etdiyim üçün çox sevinirəm".

Sportfm.az xəbər verir ki, bu sözləri Azərbaycan boksçusu Alfonso Dominges (81 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazanması barədə danışarkən deyib.

Dominges 1/4 finalda türkiyəli Bayram Malkana qalib gələrək ən azı bürünc medalı təmin edib. Bununla bağlı danışan boksçu qeyd edib: "Artıq 2 medalımız var. Birini mən qazanmışam. Azərbaycanı çox sevirəm. Özümü möhtəşəm hiss edirəm. Rəqib başını çox aşağı əyirdi. Hakimə dedim ki, döyüşə bilmirəm. Belədə uduza da bilərdim. Ona görə əsəbi idim. Çünki döyüşmək istəyirdim. Hər şey buna görə oldu".

Dominges yarımfinalda kubalı Arlen Lopesə qalib gələcəyinə inandığını bildirib: "Məqsədim qızıl medal qazanmaqdır. Rəqibim olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam".

Qeyd edək ki, Domingeslə Lopes arasında yarımfinal döyüşü avqustun 1-də olacaq.

Oxşar xəbərlər

2 boksçumuz medalı təmin etdi - Dünya çempionatı
Azərbaycan boksçusu bürünc medal qazandı - Tokio-2020
Boksçumuz ölkəmiz üçün ikinci medalı təmin etdi - Tokio-2020
"Minsk 2019": Daha bir boksçumuz medal qazanacaq
Rio-2016: Boks yığmamız daha bir medalı təmin etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər