reklam
2 boksçumuz medalı təmin etdi -
Sportfm.az xəbər saytı

2 boksçumuz medalı təmin etdi -Dünya çempionatı


Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/4 final görüşünü keçirib.

Sportfm.az xəbər verir ki, 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev yarımfinala vəsiqə uğrunda hindistanlı Narenderlə münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmadan qələbə ilə ayrılan Abdullayev yarımfianala yüksəlib və ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda ermənistanlı Davit Çaloyanla qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl digər boksçumuz Alfonso Dominges yarımfinala vəsiqə qazanıb. Boksçu bununla da ən azı bürünc medalı təmin edib.

Onun növbəti raunddakı rəqibi kubalı Ruis Kordova olacaq.

Oxşar xəbərlər

Boksçumuz beynəlxalq turnirdə yarımfinalda
İki boksçumuz yarımfinalında - Dünya çempionatı
Boksçumuz medalı təmin etdi - Avropa çempionatı
Boksçumuz ölkəmiz üçün ikinci medalı təmin etdi - Tokio-2020
Rio-2016: Boks yığmamız daha bir medalı təmin etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər