Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: Boks yığmamız daha bir medalı təmin etdi
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Sportfm.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor millimizə növbəti medalı qazandırıb. 1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdıran dəri əlcək ustamız bu dəfə 1/4 finalda kubalı Yasnier Toledo ilə üz-üzə gəlib. Görüşə aktiv başlayan boksçumuz çətinlik çəkmədən qələbə qazanıb. Hər üç raundda rəqibindən aşkar üstün olan Sotomayor bütün hakimlərdən ən yüksək qiymət alıb. O, kubalı idmançını 3:0 (30:27, 30:27, 30:27) məğlub edərək yarımfinala yüksəlib.
Bununla da təmsilçimiz ən az bürünc medalı təmin edib.
Oxşar xəbərlər
Rio-2016: Sotomayor finalda
Rio-2016: Kamran Şahsuvarlı bürünc medal qazandı
Rio-2016: Elvin Məmişzadə mübarizəni dayandırdı
Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı
Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası