"Şuşa" voleybol turnirinin qalibidir -Mətbuat günü
22 iyul - Milli Mətbuat günü münasibətilə idman jurnalistləri arasında voleybol üzrə "Qarabağ Azərbaycandır!" turniri keçirib.
Sportfm.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkil etdiyi yarış iyulun 18-də "Lokomotiv" İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksində gerçəkləşib.
Mübarizəyə 11 iyun - 26 iyunda "Qarabağ Azərbaycandır!" mini-futbol turnirində iştirak etmiş komandalardan 4-ü - "Qubadlı", "Füzuli", "Cəbrayıl" və "Şuşa" qatılıb. Yarışın keçirilməsinə "Azərreyl" voleybol klubu və Azərbaycan Voleybol Federasiyası (AVF) dəstək olub. Sponsorlar isə "G-Shock Casio" və milli geyim brendi "Il Azero"dur.
Püşkatma mərasimi saat 10:30-da, oyunlar saat 11:00-da başlanıb. Qarşılaşmaları AVF hakimləri idarə edib. Turnirdə rəqiblərinə bir setdə belə məğlub olmayan "Şuşa" komandası qalib gəlib.
Qalib komanda üzvlərinə fəxri fərmanlar, "Il Azero"dan hədiyyələr, eləcə də "Zəfər Kuboku" təqdim olunub. Bundan başqa, fərqlənənlərdən 3-ü "G-Shock Casio" tərəfindən qol saatı hədiyyə alıb.
Oxşar xəbərlər
"Şuşa" Qusarda qalib oldu
Zəfər Kubokuna yekun vuruldu - Qaliblər müəyyənləşdi
"Heydər Əliyev kuboku"nun finalçıları bəlli oldu
"Qarabağ Azərbaycandır!" futbol turnirinin qalibi bilindi
“Qarabağ Azərbaycandır!” - Mini-futbol turniri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası