reklam
“Qarabağ Azərbaycandır!” -
Sportfm.az xəbər saytı

“Qarabağ Azərbaycandır!” -Mini-futbol turniri keçiriləcək


Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) “Qarabağ Azərbaycandır!” şüarı ilə idman jurnalistləri arasında mini-futbol turniri təşkil edəcək.

Sportfm.az xəbər verir ki, yarış AGİN, ADBTİA və AFFA-nın təşkilati dəstəyi ilə gerçəkləşəcək.

Turnirdə iştirak üçün müraciət fərdi qaydada olacaq və komandalar püşk yolu ilə müəyənləşəcək. Komandalara rəmzi olaraq, “Cəbrayıl”, “Füzuli”, “Zəngilan”, “Qubadlı”, “Şuşa”, “Ağdam”, “Kəlbəcər” və “Laçın” adları veriləcək.

Yarış hər birində 4 komanda olmaqla iki qrupda təşkil ediləcək. İlk 2 yeri tutanlar pley-of mərhələsinə vəsiqə qazanacaqlar. Hər qrupun qalibi digər qrupun ikincisi ilə yarımfinalda qarşılaşacaq. Yarımfinal qalibləri finalda, məğlub olanlar isə 3-cü yer uğrunda qarşılaşacaqlar.

Qalib komanda mükafatlandırılacaq. Bundan başqa, turnirdə seçilən 3 ən yaxşı jurnalist-futbolçu bu ilin avqustunda Gürcüstanın Batumi şəhərində keçiriləcək jurnalistlərin beynəlxalq futbol turnirində ölkəmizi təmsil edəcək komandanın tərkibinə cəlb ediləcəklər.

Yarış açıq havada - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək. Turnirin tarixi və keçirilmə qaydaları barədə əlavə məlumat veriləcək.

Turnirdə iştirak etmək istəyən idman jurnalistlər iyunun 1-dək AİJF-nin e-mailinə (sportsmedia@gmail.com) öz ad, soyad, əlaqə telefonu və təmsil etdikləri media orqanının adını göndərməklə qeydiyyatdan keçə bilərlər.

Oxşar xəbərlər

Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək - Mini-futbol üzrə
"Şuşa" voleybol turnirinin qalibidir - Mətbuat günü
İdman jurnalistlərindən ibarət yığma yaradılır
"Qarabağ Azərbaycandır!" futbol turnirinin qalibi bilindi
Bakıda "Qarabağ Azərbaycandır!" futbol turniri start götürdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər