reklam
Sportfm.az xəbər saytı

"Heydər Əliyev kuboku"nun finalçıları bəlli oldu


Kişi voleybolçular arasında "Heydər Əliyev kuboku"nun finalçıları bəlli olub.

Sportfm.az xəbər verir ki, turnirin yarımfinal oyunlarından sonra “Xarı bülbül Şuşa” və "Murov" həlledici görüşə vəsiqə qazanıblar.

Voleybol Mərkəzində keçirilən matçlarda Şuşa təmsilçisi "Neftçi"yə 3:1 (25:19, 20:25, 25:12, 25:20), "Murov" isə MOİK-ə 3:0 (25:14, 25:21, 25:12) hesabı ilə qalib gəlib.

"Heydər Əliyev kuboku"nun finalında qadınların mübarizəsində isə "Abşeron" və "Azərreyl" kollektivləri qarşılaşacaqlar. Həlledici oyunlar aprelin 28-də Voleybol Mərkəzində təşkil olunacaq. Həmin gün ilk olaraq meydana qadın voleybolçular çıxacaqlar. Görüş saat 16:00-da başlanacaq. İki saat sonra isə kişi voleybolçuların final oyununda "Xarı bülbül Şuşa" və "Murov" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Oyunlardan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi və kubokun rəsmi bağlanış tədbiri keçiriləcək.

Oxşar xəbərlər

“Neftçi” uduzdu, “Xarı Bülbül” qalib gəldi
"Heydər Əliyev kuboku"nun finalçıları müəyyənləşdi
“Heydər Əliyev kuboku”nun təqvimi açıqlandı
İlk final oyunlarının vaxtı açıqlandı - Azərbaycan çempionatı
Azərbaycan çempionatında II turun təqvimi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər