"Azarkeşlərimizin hər biri üçün darıxmışdıq" -Qurban Qurbanov
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın avrokuboklara hazırlığı barədə danışıb.
Sportfm.az xəbər verir ki, 49 yaşlı mütəxəssis klubun saytına açıqlamasında Azərbaycanda avrokubok matçlarına stadionların tutumunun 50 faizi nisbətində azarkeş buraxılacağı ilə bağlı qərara sevindiyini bildirib:
“Həqiqətən də mənim kimi futbolçularımız da çox sevinirlər. Bu qərarı eşidəndən sonra komandada əhval-ruhiyyə yüksəldi. Ümid edirəm ki, yaxın gələcəkdə 50 faiz yox, elə 100 faiz azarkeşin gəlməsinə icazə veriləcək. Çünki biz hamımız onlar üçün darıxmışıq. Düşünürəm ki, Bakıdakı matçda futbolçularımız tam fərqli bir məsuliyyət hiss edəcəklər. Elə son Avropa çempionatı göstərdi ki. Azarkeşsiz futbol futbola bənzəmir. Oyunçuların meydandakı məsuliyyəti azarkeşlərə görə birəbeş
qalxır. Ona görə də mən özüm də bu xəbəri eşitdiyim üçün çox şadam. Azarkeşlərimizin hər biri üçün darıxmışdıq. İnanıram ki, biz yenidən güclü bir kollektiv olacağıq və futbolumuz azarkeşlərimizlə birgə yaxşı bir səviyyəyə qalxa bilər".
Qeyd edək ki, "Qarabağ" iyulun 22-də UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda "Aşdod" ilə ilk matça çıxacaq. Görüş saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə keçiriləcək.
Oxşar xəbərlər
"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
"Qarabağ"ın matçı başqa hakimə həvalə edildi - Dəyişiklik
"Qarabağ" üçün polşalı hakim - Kşiştof Yakubik
Klublarımızın avrokubok oyunlarına azarkeşlər buraxılacaq - Razılıq əldə edildi
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Şerif”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası