reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" üçün polşalı hakim -Kşiştof Yakubik


"Qarabağ"la İsrailin "Aşdod" komandası arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa təyinatlar açıqlanıb.

Sportfm.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Matçın referisi Kşiştof Yakubikə yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasyik yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.

Oxşar xəbərlər

“Qarabağ” – “Braqa” oyununun hakimləri açıqlandı
"Qarabağ" - "Frayburq" oyununun hakimləri - Avropa Liqası
"Qarabağ" üçün isveçli referi - Təyinat
"Qarabağ"ın matçı başqa hakimə həvalə edildi - Dəyişiklik
"Qarabağ" və "Sumqayıt"ın cavab oyunlarının hakimləri - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər