reklam
Millimiz İsrailə yollandı -
Sportfm.az xəbər saytı

Millimiz İsrailə yollandı -Avropa çempionatı


Azərbaycanın 3X3 basketbol millisi Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Sportfm.az xəbər verir ki, İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək turnir iyunun 25-də start götürəcək.

İki gün davam edəcək seçmə mərhələ oyunlarında 16 komanda Avropa çempionatına vəsiqə uğrunda qüvvəsini sınayacaq. Sonda 4 kollektiv həlledici raunda yüksələcək.

İsraildəki seçmə mərhələdə Azərbaycanla yanaşı, meydan sahibləri, Polşa, Çexiya, İsveçrə, İspaniya, Almaniya, Avstriya, Belçika, Türkiyə, Portuqaliya, Xorvatiya, Yunanıstan, Andorra və Monteneqro yığmaları mübarizə aparacaq. Avropanın digər 16 yığması isə 26 - 27 iyunda Rumıniyadakı seçmə mərhələdə iştirak edəcək.

Qeyd edək ki, Avropa çempionatı bu il 10 - 12 sentyabrda Fransanın paytaxtı Parisdə təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan yığmaları seçmə mərhələdə iştirak edəcək - Avropa Kuboku
Futzal yığmamız üçün gözəl şans - DÇ-2024
Yığmamız mübarizəyə əsas mərhələdən başlayacaq - Avropa çempionatı
AVRO-2020-də iştirak edəcək 20 ölkə - SİYAHI
Azərbaycanın buraxılmadığı AÇ-da iştirak edəcək bütün komandalar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər