Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan yığmaları seçmə mərhələdə iştirak edəcək -Avropa Kuboku
3×3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində təşkil olunacaq Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər.
Sportfm.az xəbər verir ki, bosniyalı baş məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi kişilərdən ibarət komanda A qrupunda meydan sahibləri ilə yanaşı, Lüksemburq və Malta yığmaları ilə də üz-üzə gələcək.
Millinin heyətində Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlı yer alacaq.
Qadınlardan ibarət kollektiv isə serbiyalı mütəxəssis Ratomir Deliçin rəhbərliyi altında A qrupunda İrlandiya və Malta seçmələri ilə görüşəcək. Komandada Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanova olacaq.
Qarşılaşmalar 17-18 iyunda gerçəkləşəcək. Avropa Kubokunun əsas mərhələsi 5-7 sentyabrda İsrailin Yerusəlim şəhərində baş tutacaq.

Oxşar xəbərlər
Azərbaycan millilərinin rəqibləri bilindi
Millimiz seçmə mərhələdə ilk oyununa çıxır
Dünya Kubokunun seçmə oyunları Bakıda keçiriləcək
Yığmamızın Kosovo və İrlandiya ilə oyunlar üçün heyəti
Millimiz İsrailə yollandı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası