reklam
Millimizin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Millimizin heyəti açıqlandı -Avropa çempionatı


İyunun 17-də İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək. 

Sportfm.az xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. 

Çempionatda gənclərdən ibarət yığmamızın baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 7 boksçu mübarizə aparacaq. Komandamızın heyətində Əli Zamanov (52 kq), Masqud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıblar. 

Azərbaycanı qitə birinciliyində hakim kimi Fuad Aslanov təmsil edəcək. 

Bu gün səfərə yollanan yığmamız iyunun 25-də Vətənə dönəcək. 

Oxşar xəbərlər

Azərbaycan millisinin heyəti açıqlandı - Beynəlxalq turnir
Azərbaycan millisinin heyəti - SİYAHI Avropa çempionatı
Maqsud Xasmetov 1/4 finalda – Avropa çempionatı
Azərbaycanlı boksçu erməniyə rəqib oldu - Avropa çempionatı
Millimizin heyəti açıqlandı - Dünya birinciliyi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər